Şimali Koreyanın “ağlayan aparıcısı” yoxa çıxdı

6 Dekabr 2018 23:03

Şimali Koreya televiziyasının xəbər aparıcısı Li Çxun Xi yoxa çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, teleaparıcının yoxa çıxmasının ölkə lideri Kim Çen Inın yenilənməyə yönəlmiş ümumi kursu ilə əlaqəli olduğu ehtimal edilir.

Ötən əsrin 70-ci illərindən Şimali Koreya televiziyasında çalışan Li Çxun Xiyə xəbərlərin təqdimatı tərzinə görə "ağlayan diktor" adı verilib.

Bildirilir ki, 1994-cü ildə Kim İr Senin ölüm xəbərini məhz Li Çxun Xi oxuyub. Aparıcı 2011-ci ildə təqayüdə çıxsa da, ölkə əhalisinə Kim Çen İrin ölüm xəbərinin çatdırılması da məhz ona həvalə edilib.

Milli.Az