Fransada bu dəfə tələbə gənclər etiraz edir

6 Dekabr 2018 22:27

Fransa polisi Mant-la-Joli şəhərində təhsil müəssisəsində aksiyalar zamanı 140-dan çox vətəndaşı saxlayıb.

Qeyd olunur ki, həbslər yazıçı Antuan de Sent-Ekszüperi adına təhsil müəssisəsinin qarşısında iki avtomobil yandırıldıqdan sonra başlayıb. Bununla yanaşı etirazçılarla polis arasında qarşıdurmalar baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, gənclərin etiraz aksiyaları təkcə mərkəzi regionda deyil, ətraf ərazilərdə də davam edir.

Belə ki, cümə axşamı verilən məlumata görə, tələbə və lisey tələbələri təhsil müəssisələrinə giriş imkanlarını məhdudlaşdırıb və ölkənin bölgələrində polislə qarşıdurmaya çıxıblar.

İştirakçılar keçirilən təhsil islahatlarına, ali təhsil müəssisələrinə qəbul imthanalarını çətinləşdirən yeniliklərə, xarici tələbələr üçün təhsil haqqlarının əhəmiyyətli dərəcədə artımına etiraz edirlər.

Gənclərin etiraz aksiyaları Fransada gedən geniş miqyaslı sosial böhran fonunda keçirilir.

Milli.Az