Fransa şokda: "Sarı jiletlilər" çevrilişə və öldürməyə gəlir

6 Dekabr 2018 22:03

"Sarı jiletlilər" dövlət çevrilişinə cəhd edə bilərlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Yelisey Sarayının adı açıqlanmayan səlahiyyətli nümayəndəsi yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, bir neçə min etirazçı Parisi məhv etməyə təşəbbüs göstərəcək:

"Böyük zorakılıqdan qorxmağımız üçün səbəblərimiz var. Silahlı təxribatçılar parlament üzvlərinə, hökümət və Yelisey Sarayının nümayəndələrinə, təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum etməyi və öldürməyi planlaşdırır".

Qeyd edək ki, bir neçə gündür ki, "Sarı jiletlilər" adlı hərəkat üzvləri yanacaq qiymətinin artımına və bunun fonunda iqtisadi vəziyyətin pisləşməsinə etiraz edir.

Milli.Az