Libası ilə gecəyə damğa vurdu - FOTO

6 Dekabr 2018 20:56

54 ildir adətinə sadiq qalan "Pirelli təqvimi" 2019-cu il üçün də işə başayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Pirelli gələn ilin təqviminin təqdim etmə mərasimi keçirib. Gecədə bir çox məşhur simalar yer alıb. Onlar bu dəfə də geyimləri ilə yadda qalmağı bacarıblar.

Mərasimdə ən çox diqqət çəkən isə rəqqasə Misti Kouplend olub. O, təcrübəli fotoqraf Albert Vatsonla qırmızı xalıda poz verərkən libasının qurbanı olub. Belə ki, uzun yarıqlı firuzəyi libasda Mistinin alt paltarı görünüb. 

Qeyd edək ki, 2019-cu ilin təqviminə "Arzuların gücü" adı verilib. Letisiya Kast, Sergey Polunin, Cici Hadid, Aleksandr Venq, Culiya Qarner, Misti Kouplend dünyanın ən məşhur təqvimi üçün soyunublar.

Milli.Az