Məşqçi: "Bədii gimnastika üzrə Azərbaycan birinciliyi yüksək səviyyədə təşkil olunub"

6 Dekabr 2018 18:48

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çox yaxşı keçir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Ocaq" idman klubunun məşqçisi Aysel Allahverdiyeva deyib.

O bildirib ki, gimnastlar tam qüvvəsi ilə çıxış edir: "Onlar ən yaxşı nəticəni göstərməyə çalışır. Turnir çox yüksək səviyyədə təşkil olunub. Milli Gimnastika Arenasında gözəl zal, işıqlandırma, musiqili müşayiət mövcuddur, gimnastlar üçün lazımi şərait yaradılıb".

Məşqçi onu da qeyd edib ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda iştirak etmək gimnastları daha da çox həvəsləndirir.

Milli.Az