Azərbaycanlı gimnast: "Milli Gimnastika Arenası çox gözəldir"

6 Dekabr 2018 18:15

Milli Gimnastika Arenası çox gözəldir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Ocaq" idman klubunu təmsil edən gənc gimnast Gülşən Əsgərli bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində çıxışından sonra deyib.

O, bu Arenada çıxış etməkdən məmnun olduğunu bildirib: "Bu zal çox gözəl və böyükdür. Mən burada üçüncü dəfədir ki, çıxış edirəm və ümid edirəm ki, birinci yer tutacağam".

Öz çıxışı barədə danışan G.Əsgərli bildirib ki, yaxşı çıxış edib və bütün elementləri "təmiz" yerinə yetirib.

Milli.Az