Məşqçi: "Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm"

6 Dekabr 2018 17:36

Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Milli.Az xəbər verir ki, bunu məşqçi özü Trend-ə bildirib.

O deyib: "Mən il ərzində keçirilən tədbirlərə - yarışlar, ustad dərsləri, seminarlara görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Bu, bizim ustalığımızın artması və gimnastlara dəstək üçün böyük əhəmiyyət daşıyır. Keçirilən yarışlar isə uşaqlarda böyük həvəs yaradır".

L.Aulina vurğulayıb ki, Gəncə AGF tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir:

"Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci Bölgələrarası kubokda iştirak üçün biz ən istedadlı uşaqları seçmişik. Yarışda bizim 11 gimnastımız çıxış edir. Ümid edirik ki, Gəncəni layiqincə təmsil edəcəyik".

Milli.Az