İrandan qəti OPEK+ açıqlaması: Qoşulmayacağıq...

6 Dekabr 2018 19:36

İran OPEK+ çərçivəsində neft hasilatını ixtisar etmək fikrində deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Nəmdar Zəngənə deyib.

O, İrana qarşı ABŞ sanksiyaları ləğv edilməyənə qədər bu tip qərarları qəbul etmək fikrində olmadıqlarını deyib. Zəngənə ABŞ-ın OPEK vasitəsilə İrana təzyiqlər etmək fikrində olduğunu bildirib.

Milli.Az