Poroşenko Rusiya ilə sərhədə ordu yığır

6 Dekabr 2018 19:40

Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb. O bu addımı ölkənin müdafiə imkanlarının gücləndirilməsi üçün atdıqlarını bildirib.

Qeyd edək ki, Kerç insidenti ilə əlaqədar Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin 30 gün müddətində davam edəcəyi bildirilib.

Milli.Az