GitLab-a 20 milyon dollar verildi

8 Dekabr 2018 08:41

Goldman Sachs investisiya bankı Ukrayna startapı olan GitLab-a 20 milyon dollar investisiya yatırıb. Şirkətin CEO-su Sid Sijbrandij bildirib ki, əldə olunmuş investisiyalar şirkətin rəqiblərinin olduğu (Microsoft-un aldığı GitHub servisi və Bitbucker şirkətinin Atlassian servisi) hər bir məhsul üzrə ən yaxşı servis olmağa xərclənəcək. Öz məqsədlərinin əldə olunması üçün şirkət gələn il işçilərinin sayını 2 dəfə böyüdəcək. Goldman Sachs investisiya bankı bu ilin əvvəlində şirkətin məhsullarını istifadə etməyə başlayandan sonra şirkəti tamamilə almağı planlaşdırırdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, hal hazırda bank maliyyə müəssisələrinə hansı alətlərin təklif olunması üzrə GitLab-a öz məsləhətlərini verir. GitLab isə Goldman Sachs-ın tələblərinə uyğun olaraq yeni həllər yaradır. Hal hazırda GitLab-ın bazar dəyəri 1.1 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, bu, GitLab-ın əldə etdiyi ilk investisiya deyil. Belə ki, bu ilin sentyabr ayında servis bir sıra fondlardan ümumilikdə 100 milyon dollar, 2017 və 2016-cı illərin hər birində isə 20 milyon dollar investisiya əldə etmişdi. Onu da qeyd etmək lazımdır ki, GitLab servisinin həmtəsisçilərindən biri ukraynalı Dmitriy Zaporojets-dir. Şirkət 47 ölkədə təmsilçiyə sahibdir.

Milli.Az