Mehriyyənin miqdarı nə qədər olmalıdır?

8 Dekabr 2018 08:01

Mehriyyəni miqdarı barədə dinimizdə hər hansı məhdudiyyət və miqdar təyin edilməyib. Bunun məbləği iki tərəfin - ərlə arvadın qarşılıqlı razılaşması əsasında müəyyən olunur. Mehriyyəni qadının sosial statusuna uyğun olaraq o zaman üçün qəbul edilmiş orta həddə təyin etmək bəyənilir. Yəni sosial status, yaş və sairə baxımından o qadına tay olan qadınlar üçün adət üzrə təyin olunan mehriyyənin miqdarı götürülür. Mehriyyəni qadını dəyərsizləşdirəcək qədər azaltmaq məsləhət deyil. Amma qadının çox yüksək məbləğdə mehriyyə tələb etməsi də bəyənilmir. Öz ərini mehriyyə vasitəsilə evli qalmağa məcbur edən qadın hədislərdə mənfi qarşılanır. Yəni qadın yüksək mehriyyə şərti ilə ərə gedərsə, əri onu mehriyyə üzündən boşamamaq məcburiyyətində qalacaq, çünki boşasa, bu məbləği ödəməlidir. Bu hal dinimizdə məzəmmət olunur.

Milli.Az