Əqli cəhətdən xəstə olanlar cənnətə yoxsa cəhənnəmə gedəcəklər?

8 Dekabr 2018 07:51

Əqli cəhətdən xəstə olanlar savab və günah sarıdan məsuliyyətsiz sayılırlar. Dinimizə görə, bütün əməllər yalnız əqli yetkinlik şərti ilə Allah dərgahında qeydə alınır. Yəni əqli cəhətdən nöqsanı olan şəxslər etdikləri əməllərə görə məsuliyyət daşımırlar. Bu cür insanlara nə savab, nə də günah yazmaq Allahın ədalətinə yaraşmaz. Çünki onlar öz ağıl və iradələri ilə yaxşı işi seçməmişlər, pisliyi də anlayacaq qabiliyyətə malik deyillər. Allah-təala onları qiyamət günündə sorğu-suala çəkməyəcək. Günah və savabları olmadığı üçün onları nə cənnətə, nə də cəhənnəmə aparacaqlar. Əqli cəhətdən nöqsanlı adamlar onlar üçün ayrılmış "əraf" adlı məkanda qalacaqlar. Onlara əzab verilməyəcək, dini mənbələrdəki məlumatlardan belə görünür ki, onlar üçün sanki bu dünyadakı kimi sakit bir mühit yaradılacaq.

Milli.Az