AÇG və "Şahdəniz" yataqları üzrə GƏLİRLƏR açıqlanıb

6 Dekabr 2018 14:57

2018-ci il dekabrın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb.

Milli.Az xəbər verir ki, AÇG üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 137 446 mln. dollar təşkil edib.

Bu ilin əvvəlindən dekabrın 1-dək AÇG yatağından 8 960 mln. dollar gəlir əldə olunub. "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 222 mln. dollar olub.

"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 mln. dollar təşkil edib.

Milli.Az