Nurməhəmmədov qadınlara məsləhət verdi: "Həmişə ərinizi döyün" - VİDEO

6 Dekabr 2018 15:31

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, idmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA" "YouTube" kanalında paylaşılıb.

"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha - həmişə ərinizi döyün. Onu möhkəm döyün", - H.Nurməhəmmədov bildirib.

Hal-hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb.. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.

Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nurməhəmmədov: Qadınlara əla məsləhətim var