Millimiz Almaniya ilə eyni qrupda

6 Dekabr 2018 14:50

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, püşkün nəticələrinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Almaniya, Yunanıstan və Qazaxıstan komandaları ilə birgə 9-cu qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

Milli.Az