Qadın jurnalist çiyni açıq libasına görə parlament binasından çıxarıldı - FOTO

6 Dekabr 2018 13:35

Avstraliyada qadın jurnalist geyimi uyğunsuz hesab edildiyinə görə parlament binasından çıxarılıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, "ABC News"un jurnalisti Patricia Karvelas siyasətçilərlə sual-cavab zamanı zaldan qovulub.

Bu barədə məlumatı aparıcının özü Tvitter hesabından verib. Həmin gün geyindiyi libasda şəklini paylaşan Patricia bildirib ki, "çiyinləri görünən" libasına görə tədbirdə iştirakına məhdudiyyət qoyulub.

Məsələ sosial şəbəkələrdə etiraz doğurub. Jurnalistin tərəfini tutan sosial şəbəkə istifadəçiləri siyasətçiləri tənqid ediblər.

Qeyd edək ki, parlamentin saytında yazılan qaydalara görə binaya daxil olanlar üstdən pencək geyinməli, kişilər isə qalstuk taxmalıdırlar.

Bəxtiyar Umarlı
Milli.Az