Ermənistan ordusunun bir qrup hərbçisi qarın altında qaldı - İtən var

6 Dekabr 2018 14:36

Ermənistanda bir qrup hərbi qulluqçu qar uçqununa düşüb.

Milli.Az Trend-ə istinadən verir ki, hadisə Sisiyan vilayətində qeydə alınıb.

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan təsdiq edib.

Onun sözlərinə görə, uçquna düşənlərdən yalnız 1 nəfərin taleyi hələ məlum deyil, itmiş hərbçinin tapılması üçün axtarış-xilasetmə tədbirləri aparılır.

Milli.Az