Azərbaycanlı müğənni özünə "göyün yeddinci qatı"nda LÜKS MƏNZİL ALDI - FOTO

6 Dekabr 2018 13:23

Lift işləməsəydi, geri qayıdacaqdım. Adamın nəfəsi tükənər. 21-ci mərtəbəyə qalxmaq olar?! Həmişə belə hündürmərtəbəli binada yaşayanlara qeyri-adi baxıram. Onlarda ürək var. 

Milli.Az xəbər verir ki, bunu Günay Firudinqızı ATV ekranlarında aparıcılığını etdiyi proqramın çəkilişi üçün müğənni Elçin Hüseynovun yeni mənzilinə qalxarkən deyib.

Aparıcı müğənninin yeni mənzilindən içəri ayaq basar-basmaz onu "Siz necə ürək etmisiniz? 21-ci mərtəbədə adam yaşayar? sualı ilə qarşı-qarşıya qoyub.

E.Hüseynov aparıcının hündürlük qorxusunu "Köhnə evimdə mərtəbə alçaq idi. Bu mərtəbəni özüm seçmişəm ki, yuxarıda olsun. Həm hava təmizdir, həm də buradan şəhərin panoraması çox gözəldir" sözləri ilə aradan qaldırmağa çalışıb.

Lakin Günay "Şər deməsən, xeyir gəlməz" misalını əsas tutub,  Elçindən "Bəs lift işləməsə, nə edərsiniz?" deyə soruşub.

Müğənni, hələ ki, belə bir problemlə qarşılaşmadığını bildirib:

"2 ildir bura köçmüşəm. Hələ ki, lift dayanmayıb. Amma işləməsə, yəqin ki, o biri evlərdən birinə gedərəm. Bura yaşayışın olduğu 21-ci, binanın 23-cü mərtəbəsidir".

Qeyd edək ki, E.Hüseynov şou-biznesin ən zəngin müğənnilərindən hesab edilir.

Təhməz Təkin
Milli.Az