Ana-bacısını döyən dünya çempionu həbs olundu

6 Aprel 2010 16:20
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, venesuelalı boksçu evdə yaşanan mübahisə zamanı anası və bacısını döyüb. Səs-küyü eşidən qonşu polisə zəng vurub və dərhal hadisə yerinə gələn asayiş keşikçiləri boksçunu həbs edib. Polisdən məsələylə bağlı şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, 12 ildir boksla məşğul olan Valero qalib gəldiyi 86 döyüşün 57-də rəqibini nokauta salıb.

Milli.Az