İtaliyada əməkçi miqrantların sayı artıb

7 Dekabr 2018 08:12

İtaliyada Avropa İttifaqı (Aİ) ölkələrindən olmayan əməkçi miqrantların sayı 2,2 milyon nəfəri ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın Milli Sosial Sığorta İnstitutu (INPS) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2017-ci ildə əməkçi miqrantların sayı 2 milyon 259 min 652 nəfər təşkil edib ki, bu, 2016-cı ilin göstəricisindən (2 milyon 189 min 702) 3,2 faiz çoxdur.

İtaliyaya ən çox əməkçi miqrant Albaniyadan gəlib.

Milli.Az