Ötən gün tıxaca səbəb olan qəzanın görüntüləri yayıldı - VİDEO

6 Dekabr 2018 11:14

Ötən gün Bakıda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzanın görüntüləri yayılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində, Heydər Əliyev prospekti istiqamətində baş verib.

"Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində maşınlardan biri idarəetməni itirib və yol kənarındakı maneəyə dəyərək aşıb.

Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Xatırladaq ki, hadisə səbəbində sözügedən küçədə uzun tıxac yaranmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ötən gün tıxaca səbəb olan qəzanın görüntüləri yayılıb