Fellainidən gənc oyunçuya qarşı qeyri-adi kobudluq - VİDEO

6 Dekabr 2018 12:07

İngiltərə Premyer Liqasının XV turunun mərkəzi oyunu olan "Mançester Yunayted" - "Arsenal" görüşü bol qollu (2:2) olması ilə yanaşı, gərginliyi ilə seçilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 87-ci dəqiqədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Felaininin rəqibin fransalı oyunçusu Mateo Qenduziyə qarşı hərəkəti görənləri şoka salıb.

Belə ki, Belçika millisinin Mərakeş əsilli futbolçusu 19 yaşlı Qenduziyə sürətdə uduzduğundan onun saçından tutub çəkməli olub. Maraqlıdır ki, görüşün baş hakimi Andre Mariner oyunu saxlasa da, ona heç bir sarı vərəqə verməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fellainidən gənc oyunçuya qarşı qeyri-adi kobudluq