Valyuta satışı ilə bağlı STATİSTİKA - 654,1 milyon dollar satılıb

6 Dekabr 2018 11:17

Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Milli.Az