"Dedim iyrənirəm, maşında çıxartdı" - Təranə Qumral bunu da etdi - FOTO

6 Dekabr 2018 10:37

Təranə Qumral müğənninin 1200 manatlıq parikini başından çıxartdırıb.

Milli.Az xəbər verir ki, bu barədə xanım ifaçı özü "5/5"də məlumat verib.

T.Qumral Vüqar Rəhimli adlı ifaçının bahalı parikini maşında çıxartdırdığını açıqlayıb:

"Bir gün Vüqar parik qoyub, bizimlə Şəmkirə toya gedirik. O gələndə toya, istədi mənlə görüşsün. Dedim "Görüşmə. Mən kişilər başına parik taxanda iyrənirəm ondan". İnanırsan, onu maşında başından çıxartdım. Dedim iyrənirəm, tutdu başından çıxartdı". 

Təhməz Təkin
Milli.Az