Günay seriala çəkiləcək

6 Dekabr 2018 09:14

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ötən gün oğlu Cihangirlə birgə alış-veriş mərkəzlərindən birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model oğlu ilə alış-veriş edib. Eyni zamanda jurnalistlərin suallarını cavablandıran Günay yaxın günlərdə Amerikaya gedəcəyini bildirib:

"Gələn həftə Nyu-York moda həftəsi üçün Amerikaya gedəcəm. Bundan başqa serial dərsləri alıram. Sürpriz bir layihə ilə qarşınıza çıxa bilərəm".

Milli.Az