Subotiç ağır zədə aldı, huşunu itirdi

6 Dekabr 2018 08:03

"Sent-Etyen"nin futbolçusu Nevan Subotiç ağır zədə alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, serbiyalı müdafiəçi Fransa Liqasının 16-cı turunun  "Bordo" ilə matçında ciddi xəsarət allıb.

Hava mübarizəsi zamanı topu təhlükəli zonadan uzaqlaşdırmaq istəyən komanda yoldaşı - qapıçı Stefan Ruffye dizi ilə Subotiçin başına zərbə eindirib.

Nəticədə yerə düşən futbolçunun başından qan açılıb. Huşunu itirən müdafiəçi xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, görüş "Bordo"nun qələbəsi ilə yekunlaşıb - 3:2. 

Milli.Az