İbrahimoviçin Avropaya qayıtmamasının səbəbi məlum oldu

6 Dekabr 2018 07:25

ABŞ-ın "Los Anceles Qalaksi" klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" klubu ilə müqavilə imzalamaqdan imtina edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 37 yaşlı futbolçunun Avropaya qayıtmasını ailəsi istəməyib.

Bildirilir ki, İbrahimoviçin həyat yoldaşı və iki oğlu Los-Ancelesdə komfort həyat sürdüklərindən Avropaya köçməyin əleyhinə olub. Nəticədə ailə başçısı onların fikrini nəzərə almaq məcburiyyətində qalıb.

Milli.Az