Tramp: "Dünya buna ehtiyac duymur"

5 Dekabr 2018 21:42

ABŞ Prezidenti Donald Tramp OPEC-in neft tədarükünün həcmini azaltmayacağına ümidvar olduğunu bildirib.

Milli.Az "report"-a istinadən bildirir ki, dövlət başçısı bu barədə "Twitter" səhifəsində yazıb.

"İnanıram ki, OPEC neft tədarükünü məhdudlaşdırmayaraq hazırkı səviyyədə saxlayacaq. Dünya neftin daha yüksək qiymətlərini görmək istəmir, buna ehtiyac duymur", - D.Tramp qeyd edib.

Milli.Az