İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış - 15 yaralı

5 Dekabr 2018 19:14

"İtaliyanın Rieti şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb.

Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri yanğınsöndürənlərdir.

İlkin məlumatlara əsasən, partlayış yanacaqdaşıyan maşında baş verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az