Türkiyənin "Kayserispor" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az Report-a istinadən xəbər verir ki, komanda Hikmət Karamana tapşırılıb.
58 yaşlı mütəxəssis bu postda Ertuğrul Sağlamı əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələlik məlum deyil.
Qeyd edək ki, "Kayserispor" Türkiyə Super Liqasında 14 turdan sonra 12 xalla 17-ci pillədə qərarlaşıb. Hikmet Karaman 2004-2005 mövsümündə də bu komandaya rəhbərlik edib.
Milli.Az