Qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR

5 Dekabr 2018 18:39

Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, M.Migirovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini Mişi Migirov həmyerlisi Şuşan Sumxayevanı qəbirstanlığa apararaq döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az