“Milan” klubuna yeni baş direktor təyin olundu

5 Dekabr 2018 18:34

İtaliyanın "Milan" klubuna yeni baş direktor təyin olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, klubun səhmdarlarının bu gün baş tutan iclasında İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının - MLS-in yaradıcılarından hesab olunur. O, 1994 - 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.

2009-cu ildə İngiltərənin "Arsenal" klubunun icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından "Milan" klubunda yer alıb.

Milli.Az