Paşinyandan şok addım: Prezident iqamətgahını arvadına verdi

5 Dekabr 2018 19:46

Ermənistan prezidentinin Yerevanın Maştots 47 ünvanında yerləşən iqamətgahı tezliklə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iqamətgahı olacaq.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, yerli "168 Jam" qəzeti parlamentin prezidentin iqamətgahının yenidən Baqramyan 26-ya köçürülməsinə izn verməsindən sonra Maştots 47-dəki iqamətgahın boş qaldığını yazıb.

"Heç bir qanunda hökumət başçısının həyat yoldaşı üçün ayrıca iqamətgah nəzərdə tutulmayıb. Bizim mənbələrimiz artıq Anna Akopyanın əşyalarının Maştots 47-yə daşındığını bildirib", - məlumatda vurğulanıb.

Milli.Az