"Oğlumun boşanmış gəlinlə ailə qurmağına razı olaram" - Azərbaycanlı müğənnidən CƏSARƏTLİ AÇIQLAMA - FOTO

5 Dekabr 2018 15:37

"Mən oğluma görə çox şeyləri etməmişəm".

Milli.Az xəbər verir ki, bunu Afət Fərmanqızı aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Oğlun bu gün desə ki, "Ana, oxuma", edərsənmi? sualına cavab verərkən deyib.

Müğənni Tolikin sualını "Ataram. Şükür Allaha, xalqımızın sayəsində şəraitimi elə qurmuşam ki, artıq toya getməsəm də olar, dolanaram" fikirləri ilə tamamlayıb. 

Afət ona ünvanlanan "Oğlun müğənni qızla ailə qursa razı olarsan?" sualına verdiyi cəsarətli cavabı ilə studiayadakıları təəccübləndirib:

"Nəinki müğənni qızla, oğlum sevirsə, evlənib boşanmış gəlinlə də ailə qurmağına razı olaram. Hansı zəmanədə yaşayırıq axı?"

Qeyd edək ki, müğənninin oğlunun 21 yaşı var. 

Təhməz Təkin
Milli.Az