Antifriz içən aktrisa xəstəxanaya düşdü - FOTO

5 Dekabr 2018 13:37

Türkiyənin tanınmış aktriası Sumru Yavrucuk zəhərlənib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlada təşkil olunan tədbir zamanı səhvən su əvəzinə antifriz içən aktrisa zəhərlənərək xəstəxanaya yatırılıb.

Onun mədəsi yuyulub. Həkimlərin dediyinə görə, 57 yaşlı aktrisanın vəziyyəti normaldır.

Fuad
Milli.Az