“O, xəyanət edib, mən isə yox”

5 Dekabr 2018 13:39

"Vicdan haqqı" serialı ilə populyarlaşan aktrisa Çimnaz Sultanova və şairə Nazilə Səfərli arasında anlaşımazlıq yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bizimləsən" proqramına qonaq olan xanımların videosunu prodüser Faiq Ələkbərli paylaşıb.

Çəkilişdən kənar lentə alınan görüntülərdə xanımlar bir-birinə əsər qəhrəmanlarının adını verməyə başlayıblar. "Nazilə xanımın adını Skarlet qoymuşam. Skarlet ən sevdiyim personajdır. Sadəcə olaraq, əsəri oxumaq lazımdır" deyən aktrisanın söhbətinə N.Səfərli də qoşulub.

Onun "Çimnaz mənim Dezdemonamdır" deməsi qarşı tərəfi özündən çıxarıb. Ç.Sultanova şairəyə "Ay qız, Dezdemonanı heç oxumusan? Dezdemona xəyənatkar olub, Çimnazda isə belə şey yoxdur. Şairə xanım, ədəbiyyatı oxuyun! Dünya ədəbiyyatı oxuyun! Görün, məni Dezdemona ilə bir tutur", - bildirib.

Sözügedən videodakı dialoq tezliklə sosial şəbəkələrdə yayılmağa başlayıb. İnstaqram istidafəçiləri aktrisaya irad bildirərək "Dezdemona"nın əsərdə xəyanətkar biri olmadığını qeyd ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"O, xəyanət edib, mən isə yox"