"Maşın" şouda bir-birini təhqir edən məşhurlar BARIŞDI

5 Dekabr 2018 22:12

Müğənni Roza Zərgərli küsülü olduğu aparıcı Aytən Səfərovaya barışıq əli uzadıb.

Milli.Az xəbər verir ki, R.Zərgərli bu yaxınlarda 3-cü dəfə ana olan Aytən Səfərovanın fotosunu İnstaqram səhifəsində paylaşaraq onu bu münasibətlə təbrik edib:

Müğənni "Səni təbrik edirəm. Qazancın müqəddəs "Ana" ismi oldu", - deyə qeyd edib. Səfərova isə ona cavab olaraq ürək işarəsi qoyub.

Məlumat üçün bildirək ki, aparıcı ilə müğənni arasında "Maşın" şouda böyük qalmaqallar yaşanmışdı, onlar verilişində bir-birinin ünvanına kəskin ittihamlar bildirmişdi. (publika.az)

Milli.Az