Nazir: "Büdcə xərclərinin 40 faizdən çoxu..."

5 Dekabr 2018 07:35

Dövlət büdcəsinin xərclərinin 40 faizdən çoxu konkret proqramlar üzərində qurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov "AZTV" telekanalının efirində deyib.

"Xərclərin proqramlar üzərində qurulmasi bizə, ilk növbədə, vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir. Büdcə xərcləri nə qədər çox proqramlar üzərində qurulsa, o qədər də bizim büdcə nəticəyə hədəflənmiş olar", deyə nazir bildirib.

Milli.Az