Ailə səadətinə belə qovuşdular

6 Dekabr 2018 23:20

Allah insanı Cəhənnəmdə yandırmaq üçün, min bir əzab və çətinliklər çəkməsi üçün yaratmayıb. İnsan əbədi xoşbəxtlik, səadət, Allaha ibadət etmək üçün yaradılıb.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər biri bədbəxtdirsə, bilməlidir ki, bu bədbəxtçiliyin baiskarı elə özüdür. Xoşbəxtliyini də hər kəs öz əlləri ilə inşa edir...

Xoşbəxt qadının xatirələri.

"Bir zamanlar ərimlə mənim nə avtomobilimiz, nə evimiz, nə də məzuniyyətimizi hansısa kurortda keçirməyə dair planlarımız yox idi. O, mənə yanacaqdoldurma məntəqəsində tələsik aldığı gül dəstəsi gətirdi. Bu, ailə qurduğumuzdan sonra mənə bağışladığı ilk güllər idi. Çiçəklər artıq büzüşmüşdülər, solurdular. Dəstəni ondan qəbul edib dedim:

- Bilirsən, belə bir deyim var: bağışladığın güllər nə qədər uzunömürlü olsalar, cütlüyün münasibətləri də bir o qədər möhkəm olar.

Ərim hər axşam işdən evə dönən kimi ilk olaraq həyəcanlı halda güldana nəzər salırdı. Həmən güllər 3 həftə güldanda qaldılar.

Bu əhvalatdan sonra həyat yoldaşım mənə gülləri daim yanacaqdoldurma məntəqəsindən alırdı. Hamısı da uzunömürlü idi.

İllər keçdi, biz məzuniyyətimizi birlikdə dəbdəbəli kurortların birində keçirdik. Qızımız oldu, yeni ev alıb ora köçdük. Bax, elə o həyat yoldaşım mənə bir sirri açdı. Dedi ki, məhz həmən, ilk gülləri bağışladığı gün anladı ki, biz çox xoşbəxt olacağıq. Nə qocalıq, nə uşaqlar, nə fərqli maraqlar, nə mənim şıltaqlıqlarım bu səadətdən bizi məhrum etməyəcək.

Mən də öz növbəmdə ona bir sirr haqqında məlumat verdim. Dedim ki, hər gün yanacaqdoldurma məntəqəsinə gedib yeni güllər alırdım, solan qızıl gülləri təzələri ilə əvəzləyirdim".

Milli.Az