Girov qismində insanlardan çılpaq foto və ya video tələb edirlər

6 Dekabr 2018 08:21

Kredit kartı üçün lazımi dərəcədə gəlirin əldə olunması cavan çinlilər üçün böyük arzudur. Bu baxımdan onların köməklərinə kiçik kredit məbləğlərinin verilməsi sahəsində fəaliyyət göstərən müxtəlif servislər gəlirlər. Lakin bəzən kreditlərin verilməsi üçün insanlardan qeyri-adi şeylər tələb olunur. Müasir fintech şirkətlər lazımi dərəcədə gəlirə sahib olmama səbəbilə böyük bankların müştəriləri ola bilməyən çinli istifadəçilərin köməklərinə gəlirlər. Bu kredit piramidasının zirvəsində isə Jack Ma tərəfindən təsis edilmiş Ant Financial şirkəti durur. Lakin ciddi nizamlayıcı qanunların olmadığından bu sahədə qeyri-adi praktikadan istifadə edən şirkətlər də var.

Milli.Az technote.az-a istinadən bildirir ki, Afterpay də daxil olmaqla Çinin bir sıra maliyyə şirkətləri kredit götürən şəxslərdən girov qismində istifadəçilərin çılpaq şəkildə əks olunduqları video və ya fotoları tələb edirlər. Belə ki, kredit borcunun ödənilməsi gecikəndə həmin şirkətlər istifadəçinin çılpaq şəkildə əks olunduğu foto və ya videonun istifadəçinin ailə üzvlərinə və ya iş yoldaşlarına göndərəcəkləri üzrə istifadəçini hədələyirlər. Məlumata əsasən bir sıra şirkətlər hətta kredit borcu olan şəxslərə borcların intim xidmətlər vasitəsilə ödənilməsini də təklif ediblər.

Bu cür kredit üsulunun hətta xüsusi adı da var. Belə ki, onları "çılpaq kreditlər" adlandırırlar. Bu sistemin hansı miqyasda olması məlum deyil. Lakin Çinin gənc vətəndaşları arasında mikrokreditlərin məşhurluğu danılmaz bir faktdır. Ant Financial şirkətinin məlumatına əsasən 170 milyon çinli arasında 1990-cı ildən sonra doğulmuş 45 milyon çinli Ant Financial-da mikrokredit hesabına sahibdir. Vətəndaşlar isə mikrokreditlər vasitəsilə istədikləri şeyləri ödəyə bilərlər.

2016-cı ildə baş vermiş irimiqyaslı sızıntı bu sistemə böyük diqqəti cəlb etdi. Belə ki, həmin vaxtda 161 nəfər qızın intim fotoları və videoları məlumatlar bazasından sızdırılmışdı. Əks olunmuş video və fotolarda qızlar əllərində şəxsiyyət vəsiqələri ilə birlikdə əks olunmuşdular. 2017-ci ilin dekabr ayında isə polislər bu cür şübhəli mikrokredit servislərinin ofislərində reydlər keçirtmişdilər. Lakin bütün bunlara baxmayaraq Çində bu cür mikrokredit servislər məsələsi indiyənə kimi prolemlər yaradırlar.

Milli.Az