"Həyatıma rəng gətirdin" - Ayaz xanımına - FOTO

3 Dekabr 2018 10:11

Müğənni Ayaz Qasımov ailə qurmasının 9 ilini qeyd edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ailəsi ilə birlikdə yollandığı restorandan fotoları İnstaqram səhifəsində yayımlayıb.

Ayaz həyat yoldaşının üzünü gizlətdiyi fotoya "9 il öncə məhz bu gün. Həyatıma məna, rəng gəldi. Rəbbimə çox şükür, xoşbəxtəm. Artıq övladlarımız böyüyür, həyatın mənası daha da gözəlləşir bizim üçün. Hər günümüz gözəl keçsin, yaxşı ki, varsan" sözlərini yazıb.

Milli.Az