Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı - VİDEO

3 Dekabr 2018 10:00

Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədovnövbəti döyüşünü keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Axmat" Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər - "Mauqli" ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı