Qara diş məcunu: dəlikləri doldurur, diş minasını bərpa edir

8 Dekabr 2018 19:50

Yaponiyada istehsal olunan qara diş məcunu ağ diş məcunlarından daha çox istifadə edilməyə başlayıb.

Bu fərqli diş məcunu Tokioda FAP Dental İnstitutunda işləyən stomatoloq Kazue Yamagıshı tərəfindən yaradılıb.

Qara diş məcunu şəxsi gigiyenada çevriliş edib. Belə ki, bu inanılmaz diş məcunu dişlərdəki dəlik və qırıqları doldurur. Bunun sayəsində diş hər hansı əlavə müalicəyə ehtiyac olmadan əvvəlki halına qayıdır. Qara rəngli bu diş məcunu dəlikləri bağlamaqla yanaşı, diş minasını da bərpa edir.

Rəngi isə sizi heç narahat etməsin. Çünki bu məcun dişə yerləşdikdən 3 dəqiqə sonra kristal rəng almağa başlayır.

Milli.Az