ABŞ mərkəzli "Fox News" telekanalı Meksikanın Quadalacara şəhərindəki ABŞ konsulluğuna iki ədəd əl bombası atıldığl barədə xəbər yayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə noyabrın 30-da baş verib.
İnsident nəticəsində ölü və ya yaralı olmadığı bildirilir.
Rəsmilər isə bunun bomba olmadığını deyiblər. Konsulluğun "Facebook" hesabında hadisə ilə bağlı məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində heç kim ziyan çəkməyib. Bina hücum vaxtı boş olub.
Milli.Az