Səudiyyə və Rusiya müqaviləni uzatmağı düşünür: “OPEK+” razılaşması

2 Dekabr 2018 13:45

Rusiya və Səudiyyə Ərəbistanı "OPEK+" razılaşmasının uzadılması haqqında razılıq əldə ediblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bizim razılaşmamız var ki, müqaviləni uzadaq. Həcmlə bağlı yekun nöqtə qoyulmayıb, amma biz Səudiyyə Ərəbistanı ilə birgə bunu etməyə çalışacağıq. Biz qərara gəlmişik ki, bazardakı situasiyanı monitorinq edib, ona operativ reaksiya verək", - deyə o bildirib.

Milli.Az