ASAN könüllüləri “Arşın Mal Alan”ı səhnələşdirdirlər - FOTO

30 Noyabr 2018 18:09

29 noyabr 2018-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın Mal Alan" musiqili komediyası səhnələşdirilib.

Milli.Az xəbər verir ki, tədbir Sumqayıt regional "ASAN xidmət" mərkəzinin könüllüləri tərəfindən 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə təşkil edilib.

Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.

Milli.Az