Sərnişin qatarlarının hərəkət cədvəli yenilənir - Yeni qoşma plaskart vaqonu olacaq - QRAFİK

30 Noyabr 2018 13:20

9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcəkdir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcəkdir.

Sərnişin qatarlarının 09.12.2019-ci il tarixdən etibarən yeni hərəkət cədvəli (2018-2019-cu illər üçün)

Qatarların yeni hərəkət cədvəlləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcəkdir.

Yusif Nəsirli
Milli.Az