Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var - ADLAR - YENİLƏNİB - FOTO

29 Noyabr 2018 13:12

13:12

Tərtərdə yanacaqdoldurma məntəqəsində (YDM) qəza baş verib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Xəsarət alanlar təcili tibbi yardımla Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.

Məlumatda, həmçinin deyilir ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar.

----------
12:20

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az