Milli Parkda növbəti pulsuz atraksion aksiyasının vaxtı elan olundu
26 Sentyabr 2011 16:24
Sentyabrın 28-də Bakının Dənizkənarı Milli Parkında növbəti dəfə pulsuz atraksion və karusel kampaniyası keçiriləcək. Bu barədə məlumatı Anspress-ə Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidov verib. Onun sözlərinə görə, aksiya saat 09:00-dan 13:00-a kimi davam edəcək. Artıq ənənvi hal alan və 5-ci dəfə keçiriləcək aksiyada 15 yaşına kimi olan uşaqlar iştirak edəcəklər.
Qeyd edək ki, pulsuz atraksion aksiyası ilk dəfə iyun ayında keçirilib.
Milli.Az