Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyi türk dünyası adına birliyin bariz nümunəsidir - Mirhəsən Seyidov

27 Noyabr 2018 16:02

Türk dünyasını birliyə səsləyən və Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin yaradılması münasibətlərin təkmilləşdirilməsi və inkişafı üçün atılan vacib addımlardan olub.

Milli.Az xəbər verir ki, bunu "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib.

Onun sözlərinə görə, bu gün oxşar dildə danışan və demək olar ki, oxşar mədəniyyətə sahib olduğumuz bu qardaş ölkələrlə birliyin olması inkişafın təməl sütunlarından biridir:  

"Daimi olaraq hər il bir və ya iki dəfə keçirilən görüşlərdə bütün məsələlərə toxunulur və gənclik,  siyasi, ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır. Bildiyimiz kimi iclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır".

M.Seyidov qeyd edib ki, 4 ölkənin gənc liderlər platformasının yaradılması gəncliyin inkişafında xüsusi xətdir: "Belə ki, gələcək nəsil sağlam, savadlı, intellektual gənclik olaraq yetişməlidir. Bu gün qazanılan, üzərində böyük zəhmət olan şeylər təbidir ki, nəsildən nəslə ötürülərək gedir və gənclik onlara qalan sərvəti, dövləti əsas tutaraq layiqli şəkildə vətəni inkişaf etdirməyi ana məqsəd saymalıdırlar. Bu zaman da tək olmadıqlarını görmək üçün onlara yaxşı qardaş lazımdır ki, bu şura da 4 türkdilli dövlətin gücünü əks etdirir. Hər bir ölkə gəncliyin inkişafı üçün çalışır. Çünki gənclik gələcəkdir. Azərbaycanda da gəncliyin inkişafı prioritet məsələdir. Bu birbaşa olaraq ölkə başçısının nəzarətindədir. Birlikdə gənclərin sosial problemlərinin həlli, ümumiyyətlə bütün problemli məsələlər müzakirə olunur və həlli yolları haqqında fikirlər səsləndirilir. Eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafına səbəb olan bu birlik və həyata keçirilən forumlar tariximiz və dəyərlərimiz haqqında da daha çox gəncin məlumatlanmasına səbəb olur. Həmçinin tarixi köklərimiz, həqiqətlərimiz daha çox gəncə çatır. Eyni zamanda daha geniş gənclər şəbəkəsi yaranır, 4 ölkənin gənci üçün yeni əməkdaşlıq imkanları qurulur.

Ümumilikdə isə bu forumlar və Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyi türk dünyası adına birliyin bariz nümunəsidir. Gücümüzün, qardaşlığımızın göstəricisidir, sübutudur!"

Zərif Nisə
Milli.Az